Dərc edilib: 20-08-2019

https://www.nuh.az/20480-.html

Deputatın adamları vergi işçilərini necə döydü? Video

20.08.2019 12:17:49

Hadisə

Xəbər verdiyimiz kimi, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. 

"Qafqazinfo" xəbər verir ki, nəticədə dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Hadisəylə bağlı 6 nəfər tutulub. Bunların arasında millət vəkili İqbal Məmmədovun oğlu Mirmehdi Nərimanlı da var. Bundan başqa, deputatın qardaşı oğlu Orxan Nərimanlı da saxlanılanlar sırasındadır. 

Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirirlər.

Video unikal.org saytına məxsusdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib