Dərc edilib: 20-08-2019

https://www.nuh.az/20487-.html

Yafəs Türksəs: " Ögey tale "

20.08.2019 18:09:04

Maraqlı

Ögey tale

 

Nə bu arvad-uşaq, nə bu ev-eşik,
Nə özüm bu idi, nə arzularım,
Nə dostum, tanışım bunlar deyildi.
Nə ölkəm, nə şahım, nə vətənim bu
Nə də xəyallarım bunlar deyildi.


Mənim ev eşiyim sirli saraylar,
Mənim öz sevdiyim Su Pərisiydi...
Mənim evim belə daxma deyildi.
Ahh ögey tale, mənim sevdiyim
Ayagı kəndirli Fatma deyildi...


Bir də bax, sən məni səhv götürmüsən!
Nə işim, nə gücüm, nə əməllərim
Nə də arzularım bunlar deyildi!
Nə şair taleyi mənimki idi!!!
Nə bu qara sevda mənim deyildi!
Mən bir ag atlı igid oglandım,
Səhv salıb, səhv salıb, bu tale məni,
Bu ögey taledi, ögey taledi!!!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib