Dərc edilib: 22-08-2019

https://www.nuh.az/20500-.html

Bir ailədə 3 general-leytenant

22.08.2019 12:58:58

Maraqlı

Prezident İlham Əliyevin avqustun 21-də imzaladığı sərəncamla Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Modern.az saytının məlumatına görə, Sabir Nağıyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir.
Sabir Nağıyev 2013-cü ildən indiyə kimi general-mayor hərbi rütbəsi daşıyırdı.
Yeri gəlmişkən, Sabir Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevinqardaşıdır. 
Onların daha bir qardaşı Vəli Nağıyev 2015-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində işləyir.
Maraqlıdır ki, bugünkü sərəncamdan sonra hər üç qardaş general-leytenant ali hərbi rütbəsində xidmət edəcək. O da maraqlıdır ki, Vəli Nağıyev də Əli Nağıyev kimi ilk ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib