Dərc edilib: 24-08-2019

https://www.nuh.az/20525-.html

İqbal Məmmədovla həmkarı Elmira Axundovanı birləşdirən siyahı

24.08.2019 12:42:45

Kriminal

AzEuroNews.com ►  Deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının Lerikdəki “Relax” İstirahət Mərkəzində özbaşınalığı, vergi işçilərini döyməsi olduqca ilginc cinayətləri ortaya çıxarıb. AzEuroNews.com  xəbər verir ki, deputata məxsus 14 hektarlıq istirahət mərkəzi ildə cəmi 972 manat vergi ödəyir, mərkəzin sərf olunan elektrik enerjisinə 38 min manat borcu var. Həmin borcu da ödəmirlər. 


Mirhəmid Nərimanlının əl-qolunu vergi müfəttişlərinə uzatması atasının varidatı haqda da xeyli mübhəmləri hər kəsə çatdırdı. Bəlli oldu ki, vergi ödəməyən, işıq pulunu verməyən deputat İqbal Məmmədovun zavodları, restoranları, karxanaları və daha nələri var.

 

İqbal Məmmədov

Siyahı belədir: 

 

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).


2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).


3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.


4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).

9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda villalar…

Bu, tam siyahı deyil.

 

Maraqlı situasiya yaranıb. Qanunverici orqanda oturan deputata kim ixtiyar verib ki, vergi ödəməsin? 

Və ya Vergilər Nazirliyi niyə uzun illər deputatın 14 hektarlıq obyektində yoxlama aparmayıb? 

“Relax”da 972 manat vergi ödənməsi haqda  məlumatlar niyə məhz indi ictimailəşdirildi? 

Belə məlumatların ictimailəşməsi üçün mütləq Vergilər Nazirliyinin əməkdaşları döyülməlidirlər? 

Ötən ilin bu günlərində İqbal Məmmədovun parlamentdəki həmkarı Elmira Axundovanın mal-mülkləri haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, deputat şəhərin ortasında 5 mərtəbəli, ümumilikdə sahəsi bir kəndin ərazisinə bərabər olan bina tikdirir. Hansı hesabdan? Haradandır bu qədər pul? Deputat xanım vergilərdən yayınmır ki? 

 

Elmira Axundova

Elmira Axundova

Elmira Axundovanın əmlaklarının siyahısı İqbal Məmmədovun mal-malk siyahısından geri qalımırdı:

 

1. “Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015. 

Sahibi: Axundova Elmira Hüseyn qızı. 

 

2. “AUDI Q 7” minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı. 


Bundan əlavə, Elmira Axundovanın adına: 


3. Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi. 


4. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj; 


5. Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis, 


6 . Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi, 


7.  “Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri, 


8. Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi. 


Bu da onun oğlu Həbib Axundovun adına olan əmlaklar: 


9. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində “Çardaq” çay evi, 


10. “Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri. 

Bunlar isə Həbib Axundovun maşın kolleksiyası: 


11. “Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014, 


12. “Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014. 


13 .“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014, 


14 .“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.

Bu, tam siyahı deyil.

 

İqbal Məmmədov kimi Elmira Axundovanın da əmlaklarının mənbəyi naməlumdur. Hansı hesabdan aldığı, nə qədər vergi ödəməsi gizlin saxlanılır. Halbuki bu məlumatlar açıq olmalıdır.

Yazıda adı keçən şəxsləri də dinləyib, fikirlərini olduğu kimi dərc etməyə hazırıq. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib