Dərc edilib: 24-08-2019

https://www.nuh.az/20526-.html

Ermənilər Füzulini talan edib : Kosmosdan çəkiliş

24.08.2019 13:05:01

Günün sitatı

"Azərkosmos” ASC təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonunda dağıdılmış Füzuli şəhərinin "Azersky” peyki vasitəsilə 2017-ci il iyulun 3-də əldə olunmuş təsvirini yayımlayıb.
Qaynarinfo xəbər verir ki, Füzuli rayonunun ermənilər tərəfindən işğal olunmasından 26 il sonra yayımlanan görüntülərdə rayonun talan olunduğu açıq bəlli olur.
Məlumat üçün qeyd edək ki, Füzuli rayonunun ərazisində bir milyon il əvvələ aid qədim insanların yaşadığı mağaraların qalıqları yerləşir. Cənubi Qafqaz regionunda qazıntılar zamanı ən qədim metal tapıntılar məhz Füzuli rayonunda aşkar olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib