Dərc edilib: 25-08-2019

https://www.nuh.az/20532-.html

İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

25.08.2019 14:39:28

Region

2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

 

 “Qafqazinfo”nun məlumatına görə, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib. “İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib. Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib