Dərc edilib: 25-08-2019

https://www.nuh.az/20536-.html

Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi

25.08.2019 18:05:04

Hadisə

Bu gün Şəki rayonun Çələbixan qəsəbəsində şəhid Cahid Verdiyevin ailəsinə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yeni tikilən üç otaqlı mənzilin açarları təqdim olunub.

 APA  xəbər verir ki, bu münasibətlə təşkil edilmiş mərasimdə müvafiq qurumların nümayəndələri, şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri iştirak edib.
Əslən Laçın rayonundan olan şəhid Cahid Verdiyevin ailəsi Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşıb.
Tədbirdə vurğulanıb ki, indiyə kimi ölkə rəhbərliyinin səyi nəticəsində qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınıb və 300 min məcburi köçkün mənzillə təmin olunub. Bu il isə 6 min köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur.
Öz növbəsində hazırda Şəkidə Laçın, Ağdam və Şuşadan məcburi köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır. Bu gün isə şəhid Cahid Verdiyevin ata və anası onların sırasına daxil olur.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib