Dərc edilib: 29-08-2019

https://www.nuh.az/20576-.html

Tərtərdə əl qumbarası partladı - Ölən və yaralanan var

29.08.2019 18:17:11

Dünya

Tərtər rayonunda döyüş sursatı partlayıb.

 

Report  xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb. Belə ki, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib