Dərc edilib: 29-08-2019

https://www.nuh.az/20580-.html

Zelenskinin adamı Baş Nazir seçildi - 35 yaşı var

29.08.2019 19:55:52

LIVE

Ukraynanın yeni Baş Nazirinin adı müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu, Ali Radanın yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.

O, bu vəzifəyə yeganə namizəd olub. 

Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.

Onu da qeyd edək ki, Aleksey Qonçarukun namizədliyini ölkə Prezidenti Vladimir Zelenski irəli sürmüşdü.

NUH informasiya agentliyi səhifəsindən çap edilib