Dərc edilib: 30-08-2019

https://www.nuh.az/20583-.html

Ermənilər Qazaxı snayper atəşinə tutdu - Foto

30.08.2019 09:45:55

Hadisə

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

“Qafqazinfo” xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzinin yaydığı məlumata əsasən, 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub.

Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib