Dərc edilib: 31-08-2019

https://www.nuh.az/20599-.html

Kennedinin qatili həbsxanada bıçaqlandı

31.08.2019 17:21:26

Günün sitatı

Sui-qəsdə qurban getmiş ABŞ prezidenti Corc Kennedinin qardaşı Robert Kennedini qətlə yetirən Sirhan Sirhan həbsxanada bıçaqlanıb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, hadisə ötən gün S.Sirhanın saxlanıldığı San Dieqo yaxınlığında yerləşən həbsxanada baş verib. 75 yaşlı Sirhan dərhal xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib və həyatı xilas edilib. 
Azadlıqdan ömürlük məhrum edilən Sirhan Sirhan artıq 50 ildir həbsxanada saxlanılır.
Qeyd edək ki, Robert Kennedi 1961-1964-cü illərdə ABŞ-ın Baş prokuroru, 1965-ci ildən ölümünə qədər isə Nyu-Yorkun Senatı vəzifələrini tutub. R.Kennedi 1968-ci ildə, prezident C.Kennedi isə 1963-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib