Dərc edilib: 02-09-2019

https://www.nuh.az/20610-.html

Nazarbayevin qızı yenidən Senatın sədri seçildi

02.09.2019 14:41:10

Dünya

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin qızı Dariqa yenidən Senatın sədri seçilib.


“Qafqazinfo”nun “Tengrinews.kz” portalına istinadən verdiyi xəbərə görə, onun  bu posta namizədliyini hazırkı Prezident Kasım –Jomart Tokayev irəli sürüb. 

Senatorlar böyük səs çoxluğu ilə Nazarbayevanın namizədliyini dəstəkləyiblər. 

Qeyd olunur ki, D. Nazarbayeva atası könüllü olaraq təqaüdə çıxdığı vaxtdan bəri Qazaxıstan Senatına rəhbərlik edib. Ancaq avqustun 12-də Senatın deputatı seçildiyi üçün yenidən spiker vəzifəsinə seçilmə prosedurundan keçməlidir.

Xatırladaq ki, Dariqa Nazarbayevin böyük qızıdır. Orta qızı Dinara Kulibaeva əri ilə birlikdə ölkənin aparıcı müəssisələrində nəzarət paylarına sahibdir. Onun əri Timur Kulibayev dollar milyarderidir. Qazaxıstan Xalq Bankına nəzarət edir və Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədridir.

Eks-prezidentin kiçik qızı Aliya Nazarbayeva isə respublikanın ekoloji siyasətinə nəzarət edir, biznes və film istehsalı ilə məşğuldur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib