Dərc edilib: 02-09-2019

https://www.nuh.az/20612-.html

Tovuzda polis rəisinin tikdirdiyi dəbdəbəli saray

02.09.2019 16:31:38

Günün sitatı

Tovuz rayonundan olan bir qrup sahibkar rayonun Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdan şikayətçidir.

 

“Yeni Sabah” xəbər verir ki, adları çəkilməyən anonim sahibkarlar Criminal.az saytına şikayətlərində polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər. ”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır”. Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları rədd edib və bildirib ki, deyilənlər böhtandır: “İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?” Təqdim olunan fotolardan isə belə görünür ki, söhbət adi villadan yox, əməlli-başlı “şah sarayı”nın tikintisindən gedir.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib