Dərc edilib: 05-09-2019

https://www.nuh.az/20633-.html

Estoniyada ABŞ-ın gizli bazası tapılıb

05.09.2019 11:28:53

Region

Estoniyada ABŞ xüsusi təyinatlılarının hazırlığı üçün gizli baza tapılıb.


“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, baza bir nəfər jurnalist tərəfindən aşkarlanıb. Belə ki, jurnalist ABŞ-ın Müdafiə Nazirliyinin sənədlərində Estoniyaya spesifik obyektlərin ehtiyacları üçün 15,7 milyon dollar ayrılması haqda maddəyə rast gəlib. Bu məbləğ guya təlim düşərgələrinin yaradılmasına xərcələnəcəkmiş. Bundan şübhələnən jurnalist gizli bazaya getmək üçün yarım il danışıqlar aparıb. Bazanın yeri gizli saxlanılır.

Mənbənin bildirdiyinə görə, bu baza Krımın Rusiyaya ilhaqından sonra yaradılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib