Dərc edilib: 05-09-2019

https://www.nuh.az/20636-.html

Fatma Mehrəliyevanın oğlu küçə süpürür (VİDEO)

05.09.2019 12:10:56

Mədəniyyət

Əməkdar artist, tanınmış sənətkar Fatma Mehrəliyevanın oğlu Qabil Mehrəliyev əlacsız durumdadır.

Sənətkarın oğlu AZXEBER.COM-a açıqlamasında küçələrdə yaşadığını və heç kimin ona dəstək olmadığını deyib.
Q.Mehrəliyev deyib ki, hazırda küçələri süpürməklə pul qazanır:
"74 yaşım var, həyatda heç kimim yoxdur. Anam 2000-ci ildə vəfat edəndən sonra kimsəsiz qalmışam. Övladlarım da məni atıb gedib. Hazırda Dərnəgüldə küçələri süpürürəm, zibilləri daşıyıram, özümdə 1 metrlik "butka”da qalıram. Anamın sənətçi dostlarından, imkanlı şəxslərdən xahiş ediərəm ki, mənə kömək etsinlər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib