Dərc edilib: 05-09-2019

https://www.nuh.az/20642-.html

"Avrora" şirkətinə məxsus vaflinin içindən rezin əlcək çıxdı –Video

05.09.2019 15:50:17

Reportaj

Azərbaycanda istehlakçının aldığı vaflidən rezin əlcək çıxdı.


News24.az-a şikayət edən istehlakçı bildirib ki, "Fresco” marketindən alınan "Avrora” şirkətinə məxsus aldığı vaflidən gözləmədiyi halda rezin əlcək çıxıb: "Vaflini eksperteziya apardım. Həqiqətən də vaflinin içərisindən əlcəyin çıxdığı təsdiqləndi. Hətta şirkətin nümayəndələri də bunun şahidi oldu.

Ekspertizadan  sonra şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi. Amma mən razılaşmadım”. İstehlakçının şikayətinə əsasən "Avrora” şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi sualımızı eşidən kimi məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəklərini bildirdi: "Şirkət tərəfindən sizinlə əlaqə saxlanılacaq. Amma indi bu barədə heç bir açıqlama verməyəcəyik”.

 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib