Dərc edilib: 06-09-2019

https://www.nuh.az/20646-.html

"Sibir planetimizin ağciyərləridir"

06.09.2019 11:15:21

Dünya

Monqolustan prezidenti Haltmaaqiyn Battulqa ABŞ rəhbəri Donald Trampdan  Rusiya prezidenti Vladimir Putinə zəng vumasını xahiş edib.


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Battulqa Şərq İqtisadi Forumunda deyib. Moderator Sergey Brilyov Trampın Putinə zəng etdiyi müddətdə Battulqanın da ABŞ-da olmasına diqqət çəkərək bu zəngdə Monqolustan liderinin rolunun ola biləcəyini deyib. Putin həmkarının cavabını gözləmədən “odur, odur” deyə zarafat edib. 

Battulqa başını yelləyərək bunun həqqiətən də belə olduğunu deyib: 

“Böyük dövlətlərin bir qədər anlayış problemləri var. Mən Trampa dedim ki, niyə rusiyalı həmkarınıza zəng edib başsağlığınızı və yardım diləklərinizi çatdırmırsınız? Sibir planetimizin ağciyərləridir. Ağciyərlərimiz isə yanır”. 

Xatırladaq ki, iyulun 31-də Vladimir Putinlə Donald Trampın telefon danışığı olub. Tramp Putinə zəng edərək Sibirdəki meşə yanğınları ilə mübarizə üçün yardım təklif etmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib