Dərc edilib: 06-09-2019

https://www.nuh.az/20648-.html

Məşhur pedofil qadını azadlığa buraxılır

06.09.2019 11:36:42

Maqazin

Böyük Britaniyada ölkənin ən məşhur pedofil qadını Vanessa Corc azadlığa buraxılır.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, 49 yaşlı qadın sentyabrın sonunda sərbəst buraxılacaq. Vanessa 2009-cu ildə 13 seksual zorakılıq faktına görə həbs edilib. O, işlədiyi bağçada azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq edib.

Hökumətin fikrincə, Vanessa daha ətrafdakılar üçün təhlükəli deyil. Bununla belə, ona zərərçəkənlərə yaxınlaşmaq və ölkənin bir neçə şəhərinə getmək qadağan edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib