Dərc edilib: 06-09-2019

https://www.nuh.az/20649-.html

Qubada ayı 6 inəyi parçaladı

06.09.2019 11:47:15

Maraqlı

Qubanın ucqar kəndlərinin birinə ayı hücum edib. 


Yenisabah.az xəbər verir ki, rayonun Küsnətqazma kəndinə artıq 3-cü gecədir ki, ayı hücum edir.

Bu gecə etdiyi hücum zamanı ayı kənd sakininin 6  baş inəyi parçalayıb. Onlardan 3-ü ölüb, 3-ü yaralıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib