Dərc edilib: 06-09-2019

https://www.nuh.az/20657-.html

Səfirlik və dövlət qurumu Teyyubun dana monopoliyasını araşdırır

06.09.2019 18:13:02

Hadisə

Son iki  ayda  NUH.az  saytında dərc olunan "Teyyub Hüseynovun dana monopoliyası", "Dana monopilisti Teyyub Hüseynov baş redaktora təzyiq edir",  "Baş redaktor  "dana monopoliyası" ilə bağlı Ukrayna  prezidenti Zelenskiyə müraciət etdi"  başlıqlı araşdırma yazıları cəmiyyətdə geniş rezonans doğurub,  yazıda adı keçən ölkələrin səfirliklərinin, hüquq-mühafizə orqanlarının, hətta Ukrayna hökumətinin diqqətini xüsusi olaraq cəlb edib.

 

Və yazıda qeyd olunan inhisarçı şəbəkənin qanunsuz əməlləri ilə bağlı müvafiq orqanlar araşdırmaya başlayıb.  Müzakirə məqsədilə  NUH.az saytının təsisçisi və baş redaktoru  Kamran Məhərrəmli  Ukraynanın Azərbaycandakı səfirliyi  tərəfindən rəsmi dəvət alıb.


Eyni zamanda Teyyub Hüseynovun monopoliya şəbəkəsi ilə bağlı  Azərbaycanın  Ukraynadakı səfirliyi məlumatlandırılıb. Yaxın günlərdə  Ukraynadakı  səfirliyimizlə  bu məsələni birgə müzakirə edəcəyik. Ümid edirik ki, qısa müddətdə  Ukraynanın hüquq-mühafizə orqanları "dana monopolistləri" ilə bağlı konkret tədbirlər görəcək. 

 

Qısa məlumat  üçün  qeyd edək ki, araşdırmamızın "qəhrəman"ı,  Rusiyda  "Timur", Azərbaycanda "Peykan"  ləqəbi ilə tanınan,  1966-cı ildə  Tovuz rayonunun Əlimərdanlı kəndində doğulmuş, hazırda  Rusiya vətəndaşı olan, Belqorod şəhər sakini Hüseynov Teyyub Məhəmməd  oğludur. Teyyub  Hüseynovun "qəhrəman"lığı nədir ? Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor  Teyyubun yaxın adamı Pərvizdir Əliyev, köməkçisi Ukrayna vətəndaşı Yuradır) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi.  Bundan  istifadə edən  Teyyub  Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və  qanunsuz, qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə  Azərbaycana ixracına tam nəzarət edir.

 

Teyyubun yaratdığı MEXANİZM-ə nəzər salaq: Hər  birinin orta çəkisi 300-400 kq  olan 80 baş diri  heyvanın olduğu bir maşın üçün  sahibindən 7500 dollar alan  Teyyub  malın Azərbaycana ixracına  "xeyir-dua" verir.  Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar  deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay  275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar.  Son 5 ildə bu monopoliya Teyyub  Hüseynovun əlindədir, deməli  o  qeyri-qanuni  yolla  16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu  xərci  "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə,  55 qəpik rüsum alır. Söhbət bir diri dananın Azərbaycana gətirilməsindən gedir, təmiz çəkidən yox. Əslində Azərbaycanda  ətin bu gün real dəyərindən çox yüksək  olmasının səbəbi Peykan kimi monopolistlərdir.  Yazdıqlarımıza şübhə edənlər  gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin  son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Məlumat üçün onu da qeyd edək ki, 4 il əvvəl Peykanın Bakıda başqa bir şirkəti fəaliyyət göstərirdi. Şirkətə Teyyubun Elsevər adlı  dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub,  ancaq Teyyubu aradan çıxarıblar.  Və Teyyub özünə Bakıda "krışa"  tapıb. Bu barədə növbəti yazıda.  Yuxarıda  Teyyubun yaratdığı şəbəkənin  MEXANİZM-nə nəzər saldıq. 

 

İndi isə bu şəbəkənin qanunsuz mal-qara daşıma TRAYEKTORİYA-sına qısa nəzər salaq. Ukrayna qanunlarına  zidd olaraq  Teyyub Hüseynovun şirkətinə rəhbərlik edən Pərviz Əliyev və Yura  Ukraynanın müxtəlif bölgələrindən ( Çerniqov, Vinnitsa, Xarkov və s ) diri mal-qaranı toplayır və Lvov şəhərində gömrükdə rəsmləşdirirlər. Məlumata görə, bu qeyri-qanuni rəsmləşdirmə üçün  Ukrayna hüquq-mühafizə orqanlarına, Baytarlıq İdarəsinə, Lvov Gömrük İdarəsinə rüşvət verilir. Əslində mal-qara 21 gün karantində qalmalı olduğu halda Pərviz  malı köhnə tarixə sənədləşdirir. Sonra məhsul Xarkova, oradan isə Rusiyanın Belqorod şəhərinə göndərilir. Sonra Rostov - Dağıstan marşrutu  üzrə diri mal-qara Azərbaycana gətirilir. Və beləliklə  Teyyubun dana əməliyyatı başa çatır. Məlumat üçün qeyd edək ki, Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT  Treyd" ( Kompaniya MEAT TRADE).  Teyyub Hüseynov  2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də  diri mal-qara ixrac edib. 

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib