Dərc edilib: 07-09-2019

https://www.nuh.az/20668-.html

Hüseynqulu Bağırovun oğlunun Almaniyadakı şirkəti

07.09.2019 17:03:34

İdman

Tanınmış jurnalist Cavanşir Həsənli yazır 

 

 

"Bu gün də Lətif Bağırov nə Almaniyada, nə də İngiltərədə hər hansı mülkün sahibi deyil. İngiltərədə şirkətlərin qurulması üçün cəhdlər edilib, ancaq bu cəhdlər yekunda uğursuzluqla nəticələnib ya da şirkət qeydiyyatdan keçirilib, ancaq fəaliyyət olmayıb. Yazıda göstərilən məlumatlar həqiqəti əks etdirmir".

 
Bunu ötən ilin dekabrında oğlunun xaricdəki biznesi ilə bağlı araşdırmalarıma cavab olaraq keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdi.


İndi sizə Lətif Bağırovun Almaniyadakı WU Immo Center GmbH şirkətinin üç illik maliyyə hesabatını təqdim edirəm. Baxın, cənab Bağırovun oğlu 3 il ərzində Almaniya maliyyə idarəsinə şirkəti ilə bağlı nələr təqdim edib. Oğru və yalançını mənzilinə qədər qovarlar. Söhbət təxminən 11 milyon avrodan gedir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib