Dərc edilib: 08-09-2019

https://www.nuh.az/20670-.html

Həbib Puaryeyə qalib gəldi - Fotolar+Video

08.09.2019 10:54:21

Maraqlı

Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puarye ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, döyüşün taleyi 3-cü raundda həll olunub. Nurməhəmmədov rəqibinə boğucu fəndlə qalib gəlib.

Bununla da Həbib keçirdiyi döyüşlərdə qələbə sayını 28-ə yüksəldib. Onun rəqibi Dastin Puarye isə 26-cı döyüşündə 6-cı məğlubiyyətini alıb.

Qeyd edək ki, qələbə Həbib Nurməhəmmədov 6 milyon dollardan çox pul qazandırıb.

 

 

 










NUH informasiya agentliyi səhifəsindən çap edilib