Dərc edilib: 08-09-2019

https://www.nuh.az/20671-.html

Göygöldə bank mühafizəçisi iş yoldaşının boğazını kəsdi

08.09.2019 11:14:41

Maqazin

Göygöldə bank işçisi qətlə yetirilib. 


“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Üçtəpə kəndində yaşayan, Beynəlxalq Bankın Gəncə fililanın aparıcı mütəxəssisi Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazından bıçaqlanaraq qətlə yetirilib. 

Məlumata görə, G.Cəlilinin həyat yoldaşı 10 il əvvəl dünyasın dəyişib. O, atası və iki övladı (bir qız bir oğlan) ilə birgə yaşayırmış. Qətl baş verən ötən gecə isə qadının bibisi onların evində olub.

Məlumata görə qətli, qadının iş yoldaşı, Beynəlxalq Bankın Gəncə fililaında mühafizəçi işləyən 28 yaşlı Orxan Məmmədov törədib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib