Dərc edilib: 14-09-2019

https://www.nuh.az/20706-.html

Vidadi Zeynalov restoran işlətməyə başladı

14.09.2019 14:54:35

Maqazin

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.
Bu barədə unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus "Məlhəm” restoranını işlədir: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.
Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.
Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib