Dərc edilib: 16-09-2019

https://www.nuh.az/20713-.html

Bu gün ilk dərs günüdür

16.09.2019 11:24:34

Günün sitatı

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib