Dərc edilib: 17-09-2019

https://www.nuh.az/20724-.html

BDU-nun mühafizə xidmətindəki boşluqlar tələbələri narahat edir - Özbaşınalıq

17.09.2019 19:27:14

İdman

Əldə etdiyimiz məlumata görə, BDU-da son günlər ciddi yoxlamalara və islahatlara başlanılıb. Məhz elə çatışmazliqlardan biri də BDU-nun mühafizə xidmətində yaşanır. Mühafizə xidmətinin rəhbəri Kənan Mehdiyev və onun müavini Paşa Quliyev verilən tapsırıqlara və göstərişlərə məhəl qoymayaraq mühafizə xidmətini öz qanunları ilə, öz istədikləri kimi idarə edirlər.

 Kənan Mehdiyev BDU-nun keçmiş mühafizə xidmətinin rəisi Mahir Höcətovun idarəetmə sistemini bərpa etdirmək niyyətindədir. Xatırladaq ki, Mahir Höcətov tələbələrə qarşı etdikləri haqsızlıqlarla, kobudluq etməsi ilə yaddaşlarda qalmışdır. O da təsadüfi deyil ki, Kənan Mehdiyev vəzifəyə təyin olunduqdan sonra Mahir Höcətov BDU-ya gələrək öz töhfələrini yeni rəisə vermişdir və rəisin otağında baş tutan söhbət xeyli davam etmişdir.

 Redaksiyamıza verilən məlumata görə, Kənan Mehdiyev Mahir Höcətovun zamanındakı maxinasiyaları yenə də davam etdirmək fikrinə düşmüşdür və daha sonra rektorun tapşırığı ilə ciddi yoxlamalara başlanılmışdır.
 Deyilənə görə, Kənan Mehdiyev və müavini Paşa Quliyev universitetin müəllimlər üçün nəzərdə tutulmuş avtomobil dayanacağına tələbələrdən deyilənə görə 150 manat haqq alaraq həmin dayanacaqlarda yer verilmişdir və sonra rektor xəbər tutduqdan sonra bunun da qarşısı alınmışdır.
Digər bir məlumata görə, mühafizə xidmətinin əməkdaşları tələbə qızları narahat edərək nömrə tələb edirmişlər. Əlacsız qalan tələbə qızlar rəis müavini Paşa Quliyevə şikayət etsələr də, Paşa Quliyev maddi maraq müqabilində bu işi ört-basdır edirmiş.
Məlumatda o da bildirilir ki, bu cütlük mühafizə xidmətinə öz qohumlarının adını yazdırmaqla xeyli miqdarda pul mənimsəmək istəyiblər bu işin də səsi yayıldıqda isə bu iş də yarı-yarımçıq qalıb.
Bütün bu özbaşınalıqların artması Kənan Mehdiyevin yuxarılarda adamının olması ilə əlaqələndirilir. Paşa Həsənovun da Kənan Mehdiyevə arxalandığı bildirilir.
Ümid edirik aidiyyatı orqanlar bu özbaşınalıqla ciddi məşğul olub, problemləri aradan qaldırarlar.

Bakı Dövlət Universiteti ali təhsil ocağıdır və özəl biznes sektoru deyilki ürəkləri istəyən kimi idarə etsinlər!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!


www.leqal.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib