Dərc edilib: 19-09-2019

https://www.nuh.az/20738-.html

Prezident 380 çoxmənzilli bina üçün 10 milyon manat ayırdı

19.09.2019 11:19:03

Siyasət

Prezident İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Qaynarinfo xəbər verir ki, sərəncamla Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib