Dərc edilib: 20-09-2019

https://www.nuh.az/20741-.html

“Övladım olmasına baxmayaraq...”

20.09.2019 07:56:17

İdman

Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib. O, buna səbəb kimi atası tərəfindən özü və anasının şiddətə məruz qalmasını göstərib.

Fuad Qəhrəmanlı əvvəlcə qızının profilinin oğurladığını bildirsə də, Selcan bunu təkzib edib. Siyasətçinin qızı yazdıqlarını təsdiqləyən videomüraciət yayımlayıb.

"Qafqazinfo"nun məlumatına görə, bundan sonra Fuad Qəhrəmanlı daha bir açıqlama yayaraq baş verənlərin keçmişə dayandığını bildirib:

"Çox ağır bir mövzu haqda danışmaq istəyirəm. Bu gün qızım Selcan açıqlama yayaraq ailəmiz haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib. Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçim olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradıb. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımızdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır.

Buna görə çox mənəvi üzüntü yaşayıram. Təəssüf ki, bu hadisəni fürsət bilən bəzi fürsət fəalları bunu təmsil olunduğum təşkilata və mənim şəxsiyyətimə qarşı lincə çevirməyə çalışırlar. Əgər mən zorakı biri olmuş olsaydım nə həyat yoldaşım, nə də ki, övladlarım ictimai fəaliyyətdə olmazdılar.

Siyasi rəqibə qarşı bu qədər qurşaqdan aşağı zərbələr vurmaq heç bir mənəvi ölçüyə sığmır. Onlar bununla mənim fəaliyyətimi əngəlləyəcəklərini düşünürlərsə bilsinlər ki, yanılırlar. Sadəcə ayıb olsun. Bu çətin anda məni fb kəmfürsətlərinin qarşısında tək buraxmayıb dayaq olan hər kəsə təşəkkür edirəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib