Dərc edilib: 23-09-2019

https://www.nuh.az/20773-.html

Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova vəzifəsi ilə vidalaşır

23.09.2019 15:48:12

LIVE

Son vaxtlar C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlar ölkə mətbuatında ciddi müzakirə olunur. Daha doğrusu, institutun idarəetmə təcrübəsi olmayan, kardiologiya sahəsindən xəbərsiz yeni direktoru Gülnaz Dadaşova elm müəssisəsində çalışan tanınmış elm adamlarını, təcrübəli həkimləri işdən uzaqlaşdırıb və əvəzində heç bir iş təcrübəsi olmayan şəxsləri işə qəbul edib. Bütün bunlar azmış kimi, cənc xanım direktor institutda əməlli-başlı rüşvət-korrupsiya mexanizmi, gestapo mühiti yaradıb.

Картинки по запросу gülnaz dadaşova


 

Nuh.az-a daxil olan eksklüziv məlumata görə, direktorun əməlləri ilə bağlı institutun kollektivi ölkə başçısı İlham Əliyev cənablarına, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya, səhiyyə naziri cənab Oqtay Şirəliyevə müraciət ediblər. Müraciət əsasında müvafiq orqanlar institutda maliyyə və kadr sahəsində baş verən qanunsuzluqlarla bağlı ciddi araşdırma aparılıb. Nəticədə direktor Gülnaz Dadaşovabir neçə dəfə Səhiyyə Nazirliyinə çağrılaraq ciddi xəbərdarlıq edilib.

 

 

 

Məlumata görə, yaxın günlərdə Gülnaz Dadaşovanın vəzifəsindən uzaqlaşdırılacağı və quruma yeni direktorun təyin ediləcəyi gözlənilir. Məlumat üçün bildirək ki, G. Dadaşovanın elmi işinin plagiat olması ilə bağlı hazırda araşdırmalar davam edir və yaxın günlərdə bu barədə ətraflı məlumat verəcəyik.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib