Dərc edilib: 26-09-2019

https://www.nuh.az/20795-.html

General şikayətini geri götürdü

26.09.2019 11:37:27

Kriminal

Bu gün Ali Məhkəmədə həbsdə olan MTN generalı Akif Çovdarovun məhkəməsi keçirilib. 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əziz Seyidovun icraatında olan prosesdə elan olunub ki, Akif Çovdarov kassasiya şikayətini geri götürüb.

A. Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib, onun apelyasiya şikayəti təmin edilməyib. Həmçinin, dəyən zərərin ödənilməsi üçün onun və yaxınlarının adına olan əmlakların üzərinə həbs qoyulub və müsadirə olunaraq hərracda satılmasına qərar verilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib