Dərc edilib: 29-09-2019

https://www.nuh.az/20819-.html

Leyla Əliyeva rusiyalı professorun mühazirəsini dinlədi - Fotolar

29.09.2019 18:25:55

Maraqlı

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mühazirəni dinləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Mühazirəsinin əvvəlində Aleksey Sitnikov deyib: “Bu gözəl, öz möcüzəli təmizliyi, mədəniyyəti, tarixi, müasirliyi ilə insanı valeh edən Bakı şəhərinə dəvət edildiyimə görə təşəkkürümü bildirirəm. Təəccüblü deyil ki, məhz bu şəhərdə müdrikliyin və sənətin təntənəsini Nəsimi festivalında qeyd edirik. Nəsimi öz həyatı ilə düşüncənin dəyərlərə, dünyagörüşünə, tarixə söykəndiyini sübut edib. Buna görə də bu festivalın təşkilatçılarına heyranlıqla təşəkkür etmək istəyirəm”.

Rusiyalı alim taleyə münasibətdə dini, magik, okkultist, karma, rasionalist modelləri qeyd edib. Hər bir model haqqında ətraflı məlumat verən məruzəçi insan taleyi ilə bağlı bir sıra qanunları diqqətə çatdırıb. Professor Aleksey Sitnikovun fikrincə, məqsəd insan taleyində mühüm amildir. “Əgər insanın məqsədi olmasa, onu başqası idarə edəcək”, - söyləyən mühazirəçi, həmçinin şübhə, xaos, ölüm, hazırlıq, bacarıq və digər qanunlar haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, qərar qəbulundan sonra şübhə yolverilməzdir. “Heç bir kurs, mühazirə, kitab insanı lider etmir. İnsanı lider edən həyatdır”, - söyləyən professor fikrini həyati misallarla əsaslandırıb. O, daha sonra dinləyicilərin suallarını cavablandırıb.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib