Dərc edilib: 29-09-2019

https://www.nuh.az/20820-.html

Fransa Jak Şirakla vidalaşır - Fotolar

29.09.2019 19:22:14

Dünya

Fransanın mərhum prezidenti Jak Şirakla Parisdəki Əlillər sarayında (Les İnvalides) vida mərasimi başlayıb. 


"Qafqazinfo" xəbər verir ki, fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib