Dərc edilib: 30-09-2019

https://www.nuh.az/20823-.html

Rafael Cəbrayılov parlamentin iclasına gəlmədi

30.09.2019 16:57:33

Kriminal

Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası öz işinə başlayıb.


“Qafqazinfo” xəbər verir ki, mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn deputat Rafael Cəbrayılov  iclasa qatılmayıb. 

Xatırladaq ki, onunla bağlı məsələnin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bugünkü iclasda 110 deputat iştirak edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib