Dərc edilib: 02-10-2019

http://www.nuh.az/20846-.html

Bakıda direktor məktəbdə əsəbiləşdi, öldü

02.10.2019 15:19:24

LIVE

Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib.


"Qafqazinfo" xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb.

O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib