Dərc edilib: 04-10-2019

https://www.nuh.az/20865-.html

“Bakcell” əhalinin sıx yaşadığı ərazilərdə yeniliklər edəcək

04.10.2019 14:01:42

İdman

Bu ilin sonuna əhalinin sıx yaşadığı bir neçə ərazidə mobil rabitə şəbəkəsi ilə bağlı işlər görüləcək.

 

NUH.az  xəbər verir ki, bu barədə məlumatı “Bakcell”in jurnalistlər üçün  təşkil  etdiyi mobil telekommunikasiya sənayesində son həllər və yeniliklərlə  bağlı seminarda şirkətin texniki şöbəsinin nümayəndəsi Oruc Sadıqov verib.

O bildirib ki, Naxçıvan və işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün regionlarında 4G əhatə dairəsi yaradılıb:

"Ötən il ərzində turizmin inkişafı ilə bağlı olaraq şimal-şərq və cənub bölgəsində 4G baza stansiyalarının sayı artırılıb".

Günel Hacı

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib