Dərc edilib: 04-10-2019

https://www.nuh.az/20866-.html

Mehriban Əliyeva qızları ilə Lahıcda (FOTOLAR)

04.10.2019 14:08:36

Müsahibə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib. Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Lahıc qəsəbəsində olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Birinci vitse-prezidentin rəsmi "İnstagram” səhifəsində məlumat paylaşılıb.
"Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!” - deyə qeyd olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib