Dərc edilib: 05-10-2019

https://www.nuh.az/20877-.html

Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır

05.10.2019 17:12:31

Region

Aylardır C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluqlar ölkə mətbuatının gündəmindən düşmür. Direktor Gülnaz Dadaşovanın qanunsuz əməlləri və əsasən illərdir bu institutda çalışan peşəkarlar həkimlərin heç bir səbəb olmadan uzaqlaşdırması gün-gündən adi hal almaqdadır. Ən qəribə budur ki, baş verənlər Səhiyyə naziri Oktay Şirəliyevə qədər gedib çıxsa da xanım direktor hələ də öz əməlini təkrarlamaqdadır.

Vəziyyət o həddə gəlib çatıb ki, direktor Gülnaz Dadaşovanın yaxın ətrafı artıq onun əməllərindən narazıdır və ən yaxın adamları belə hər an işdən çıxarılmadan ehtiyyat edir. Elmi –Tədqiqat Kardiologiya İnstitutundakı direktora yaxın mənbələrin Bizimesr.az-a daxil olan məlumata görə, direktor təyin olunan kimi pensiya yaşında olan bir çox işçini ETKİ-u ilə müqviilə bağlamağa məcbur edib. İndi isə bir il keçdikdən sonra müxtəlif bəhanə ilə işdən çıxartmağa başlayıb.Mənbə bildirir ki, bu planlı şəkildə həyata keçirilir və boşalacaq “ştat”a nəyinsə müqabilində yeni işçilər götürüləcək.
Məlumatda qeyd olunur ki, üç ay əvvəl ETKU-nun elmi katibini, Tibb Elmləri Doktorunu günün günorta çağında heç bir əsası olmadan işdən çıxaran
Gülnaz Dadaşova indi həkimlərə və texniki işçilərə keçib. Belə ki, son bir ay ərzində müqavilə ilə işləyən 2-ci kardiologia şöbəsinin kardioloqu, funksional diaqnostika şöbəsinin USM həkimini və 2-ci kardiologiya şöbəsində işləyən yeməkpaylayanı belə işdən azad edib.Halbuki, adi rentgen aparatı olmayan institutda görüləsi işlər daha çoxdur.
Məlumatda bildirilir ki, ürək çatmazlığı olan xəstələr tam müayinədən keçmədikləri üçün adekvat müalicə ala bilmir. Bu halda onların elmi işlər aparması çətinləşir. Bütün bu problemləri həll etmək əvəzinə Gülnaz Dadaşova şəhərin “Moll”larında insanların arterial təzyiqini ölçməklə böyük elmi nailiyyətlər əldə edib, “Nobel” mükafatı qazanacağını düşünür.
C.Abdullayev adına Elmi –Tədqiqat Kardiologiya İnstitutu göz görə-görə dağılır. Hələliksə GülnazDadaşovaya kimsə dur demir…

NUH informasiya agentliyi səhifəsindən çap edilib