Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib – Detallar açıqlanır
Keçmiş millət vəkili Gülər Əhmədova “mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib. “Bizimxeber.az” xəbər verir ki, Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub.
“Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər. O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, – deyə keçmiş millət vəkili əlavə edib.
O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb. “Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, -deyə Gülər Əhmədova bildirib.
Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.