Dərc edilib: 06-10-2019

https://www.nuh.az/20887-.html

Ayaz Mütəllibov: "Allah mənim vəziyyətimə heç kəsi salmasın" (VİDEO)

06.10.2019 18:24:42

Reportaj

 

zərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov "Space TV"nin efirində yayımlanan "Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.  
Qaynarinfo xəbər verir ki, o, 10 min manat təqaüd aldığını bildirib:
"Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, "Ayaz müəllim bu sizsiniz?" deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb-razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib