Dərc edilib: 11-10-2019

https://www.nuh.az/20904-.html

ABŞ və Rusiya BMT-də Türkiyənin tərəfini saxladı

11.10.2019 13:35:16

Dünya

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı səsvermə keçirilib.


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ və Rusiya səsvermədə BMT TŞ-nin Türkiyəni qınama qərarına veto qoyub. Bu səbəbdən təşkilat Türkiyənin Suriyanın şimalına havadan və qurudan başlatdığı hərbi əməliyyatları qınama qərarı qəbul edə bilməyib.

Qeyd edək ki, BMT-nin “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı iclası Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanın tələbi ilə keçirilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib