Dərc edilib: 11-10-2019

https://www.nuh.az/20908-.html

Cavid Qurbanov Ziya Məmmədovu tənqid etdi - Fotolar

11.10.2019 15:58:46

Region

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib. 


"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən qurum sədri Cavid Qurbanov  tədbir iştirakçılarını peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, 139 illik tarixə malik olan Azərbaycan polad magistralı əzəmətli bir yol keçib:

"Ən azından onu deyə bilərəm ki, sədrlik etdiyim müddət ərzində fəxr edəcəyimiz, üzümüzə utanc gətirməyən işlər görmüşük. Qurum Nəqliyyat Nazirliyinin tərkibində olduğu müddət ərzində çox təəssüf ki, elə bir iş getməyib. Çox acı olsa da, bu həqiqəti deməliyik. Mənim beynimdə bir fikir var idi ki, köhnəlikdən, bizi arxaya çəkən, artıq olan hər şeydən qurtulmalıyıq. İstər insan resursları, istərsə də texniki baxımdan. Ona görə bir növ radikal tədbirlərin görülməsinə əl atdıq. Analiz edəndə gördük ki, 50 il muddətində dəmiryolları bir dənə də olsa, yeni vaqon almayıb.  Ancaq indi gördüyümüz işlər göz qabağındadır. Hesab edirəm ki, yolumuz düzgündür".

Qeyd edək ki, həmin müddətdə Nəqliyyat naziri Ziya Məmmədov olub.

 

 


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib