Dərc edilib: 13-10-2019

https://www.nuh.az/20918-.html

Ərdoğan sabah Bakıya gəlir

13.10.2019 18:44:27

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.


“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, o, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.

Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib