Dərc edilib: 14-10-2019

https://www.nuh.az/20928-.html

Fuad Muradov Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşdü

14.10.2019 18:06:18

Dünya

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirilib.


“Qafqazinfo” xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov, Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlı iştirak edib.

Fuad Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən və səmərəsindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını Ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir.

Komitə sədri Cəlim Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Daha sonra F.Muradov Polşada və ümumiyyətlə Avropada Azərbaycan diasporunun fəaliyyəti, müxtəlif ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəbləri, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı xaricdə yaşayan azarkeşlərin fəallığı, türkdilli diasporların birgə işləməsinin səmərəsi və s. haqqında danışıb.

Sonda C.Məmmədquluzadə nəslinin davamçılarına xatirə hədiyyələri və Azərbaycanla bağlı kitablar verilib.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib