Dərc edilib: 14-10-2019

https://www.nuh.az/20929-.html

Cavidin qatili Rüstəm Abdullayevin qardaşı oğludur

14.10.2019 18:47:53

Kriminal

Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib.

"Qafqazinfo" Criminal.az-a istinadən xəbər verir ki, qətli törədən onun dostu, "Altes Qrup"un perezidentinin qardaşı oğludur. 

Dəhşətli cinayət bir neçə gün əvvəl Ukraynada törədilib. Almaniyada təhsil alan Cavid Hacıyev Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olmuş Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev dostunun dəvətini qəbul edərək həmin şəhərə gedib.

 

Cavid Hacıyev 

 

O, dostu Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra kürəyindən üç bıçaq zərbəsi vurub, daha sonra isə meyidin üzərində qəddarlıqlar edib.

O, meyidin qoxusunun gəlməməsi üçün cəsədin üzərinə kofe, yağ, benzin töküb. Hətta əlil arabası da sifariş verib, evdə olan balta və benzo-pila ilə meyidi doğrayaraq mənzildən çıxarmaq istəyib. Bunun üçün cəsədi hamama aparıb, lakin fikrini dəyişib, onu yandırmaq istəyib, bu da alınmadıqda qaçıb. Cəsəd mənzildə 3-4 gün qalıb, qoxu gəldiyini hiss edən qonşular polisə şikayət ediblər. Polislər həmin mənzilə gəlib C.Hacıyevin qətlə yetirdiyinin şahidi olublar.


 
Əli Abdullayev 

Ə.Abdullayev dostunu Ukraynaya, oradan da Avropa turuna dəvət edərn zaman Cavid artıq Frankfut-Bakı təyyarə reysi üçün bilet alıbmış. Əli israrla ona bileti dəyişdirdib və Kiyevdə gəzməyə gəlməyə razı salıb. 
C.Hacıyevin itkin düşməsi xəbəri yayılanda Əlinin qardaşı onun ailə üzvlərinə deyib ki, özü gedib onları tapacaq. O tək Kiyevə yollanıb, iki saatlıq Borispil aeroportunda olub və kiməsə bir çamodan verərək geri qayıdıb. Cavidin anasına isə deyib ki, anası xəstələndiyindən təcili geri qayıtmalı olub. 
Hazırda Ə.Abdullayevin Moldovaya qaçaraq gizləndiyi ehtimal olunur.  

"Altes Qrup"un prezidenti Rüstəm Abdullayev 

C.Hacıyevlə Əli Azərbaycan İqtisad Universitetində tələbə yoldaşı olublar. Birinci kursda Ə.Abdullayev universitetdən qovulub. Ə.Abdullayevin əksər şəkillərində əli ilə altı (şestyorka), yəni satanistlərin işarəsini göstərib. Eyni zamanda köynəyinə yazılan yazı da satanizmi aşılayır. 

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.  

Criminal.az-ın məlumatında Rüstəm Abdullayev şirkət prezidenti kimi təqdim olunub. "Qafqazinfo"nun məlumatına görə, "Altes Group"un rəsmi saytında Rüstəm Abdullayevin şirkətin Böyük Britaniyadakı təmsilçisi olduğu bildirilib. Şirkət prezidenti isə Fərid Əliyevin olduğu yazılıb.

Rüstəm Abdullayev 2001-ci ildə "NUR Pharm" əczaçılıq şirkətini təsis edib. "Altes Qrup"un fəaliyyətinə gəlincə, 1994-cü ildə yaradılıb. Holdinq Azərbaycanın ən iri əczaçılıq şirkəti olan "Altes Pharm" (keçmiş "NUR Pharm" ) şirkətindən, tikinti üzrə ixtisaslaşmış tikinti şirkətindən və həmçinin, "Altes Construction" adlı memarlıq-mühəndislik layihələşməsindən ibarətdir. Şirkət Gəncə və Lənkəran kimi konqlomeratlar da daxil olmaqla, Azərbaycanın bütün ərazisində fəaliyyət göstərir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib