Dərc edilib: 15-10-2019

https://www.nuh.az/20935-.html

Sabunçu sakini olan qadın dama çıxıb özünü öldürmək istədi

15.10.2019 16:52:58

Dünya

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. 

 

                    *** 

 

NUH.az-a  daxil olan məlumata görə, intihar  etmək istəyən şəxs  Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi bina 2, mənzil 52 ünvanda yaşayan Allahverdiyeva  Xalidə Saday qızıdır. Xanım mənzilinin Sabunçu icra hakimiyyəti tərəfindən qanunsuz  sökülməsinə görə, intihara cəhd edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib