Dərc edilib: 16-10-2019

https://www.nuh.az/20940-.html

Sabunçuda intihara cəhdin səbəbi məlum oldu

16.10.2019 14:56:27

Hadisə

Sabunçuda intihara cəhdin səbəbi məlum oldu

 
Dünən Kütləvi İnformasiya Vasitələrində Sabunçu rayon sakini olan qadının yaşadığı  evin damına çıxaraq intihara cəhd etdiyi barədə məlumat yayıldı. Məlumatdan bəlli olurdu ki, FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Vətəndaşın kimliyi, intihara cəhdin səbəbi barədə heç bir məlumat verilməyib. 

NUH-a daxil  olan məlumata görə, intihara cəhd edən qadın  Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi bina 2, mənzil 52 ünvanda yaşayan Allahverdiyeva  Xalidə Saday qızıdır. Xanım uzun illərdir 5 nəfərlik öz ailəsi və bacısının 3 nəfərlik ailə üzvləri ilə birlikdə yuxarıdakı ünvanda  yaşayır və evin  mülkiyyət  vəsiqəsi var. Məlumat üçün qeyd edək ki, həmin bina ötən əsrin ortalarında tikilib və şəhər icra hakimiyyətinin balansında olub. Son vaxtlar Sabunçu icra hakimiyyəti tərəfindən binanın sökülməsi qərarı sakinlər tərəfindən ciddi narazılıqla qarşılanıb. Belə ki icra hakimiyyəti vətəndaşların yaşadığı mənzillərin faktiki sahəsini az göstərməklə ailələri narazı salırlar. Vətəndaşlar  yaşadıqları mənzilin faktiki sahəsinə uyğun güzəş tələb edirlər.İntihara cəhd edən Xalidə Allahverdiyeva da bu səbəbdən 1-ci vitse prezident Mehriban xanım Əliyevanın qəbulunda olub. Ona bildiriblər ki, problem Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb. Amma Bakı ŞİH-dən konkret cavaba ala bilməyən vətəndaş intihara cəhd edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib