Dərc edilib: 16-10-2019

https://www.nuh.az/20941-.html

Putin Ərdoğanı Rusiyaya dəvət etdi

16.10.2019 15:05:51

Dünya

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğani yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

Qaynarinfo Kremlin mətbuat xidmətinin istinadən xəbər verir ki, Ərdoğan həmkarının dəvətinə müsbət cavab verib.
Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Ərdoğan və Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün "Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib