Dərc edilib: 16-10-2019

https://www.nuh.az/20943-.html

"Azercell" istifadəçilərdən niyə üzr istəmir ?

16.10.2019 17:33:45

Region

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un şəbəkəsində texniki problemlər yaranıb.

 

Şirkətdən “APA-Economics”ə bildirilib ki, paytaxtın bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində şəbəkənin normal fəaliyyəti bərpa olunacaq.

 

Ümumiyyətlə, Azercell Telekom" şəbəkəsi istifadəçilər üçün  tez-tez problemlər yaradır. Yəni ölkənin ən böyük mobil şirkəti tez-tez çökür və bunu qısa müddətli texniki nasazlıq adlandırır. 

Bu bəzi tikinti şirkətlərinn  "Müvəqqəti  narahatçılığa görə üzr istəyirik"  üzrxahlığına bənzəyir. Bir soruşan yoxdur ki, bu "müvəqqəti narahatçılıq"  nə qədər davam edəcək ? 

Ən pisi odur ki, Azercell, ümumiyyətlə, müştərilərdən üzr istəmir. Niyə.? 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib