Dərc edilib: 19-10-2019

https://www.nuh.az/20960-.html

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin vaxtı açıqlandı

19.10.2019 11:32:35

Maraqlı

Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, seçkilər dekabrın 23-də keçiriləcək.

Hazırda 2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddəti başa çatmaq üzrə olduğundan həmin bələdiyyələrə növbəti seçkilərin keçirilməsi zərurəti yaranıb.

Mərkəzi Seçki Komissiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 2019-cu il dekabrın 23-nə təyin edilməsi məqsədəmüvafiqdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib