Dərc edilib: 22-10-2019

https://www.nuh.az/20997-.html

Əbülfəz Məlikovu 2015-də İstanbul polisi niyə saxlamışdı ?

22.10.2019 14:49:49

Hadisə

"Broker" Əbülfəz  Məlikovun macəraları... 

 

Cənab Əbülfəz Məlikov ! 


Sizi şəxsən tanımasaq da, eşitdiyimizə görə, çox savadlı və intellektual şəxssiniz. Hətta bəziləri sizi gömrüyün beyin mərkəzi hesab edir. Bəziləri daha uzağa gedərək, Sizi  gömrük imperatoru adlandırır. Həqiqətən də siz gömrük sistemində böyük bir şəbəkə - imperatorluq qurmusunuz. 

 

Cənab  Məlikov ! 

 

 Tarixdən sizə xatırlatmaq istəyirik ki, böyük imperiyaları, böyük səltənətləri eyş-işrət, hərəmxana  həyatı çökdürüb. Sizin də imperiyanızı bu həyat tərzi çökdürmək üzrədir. Yəqin yaxşı yadınızdadır ki, bu əməllərə -otel həyatına  görə 2015-ci ildə sizi İstanbulda saxladılar. 

NUH.az-a  daxil olan məlumata görə, o vaxt Kamal müəllimin bərk gedən, hətta Türkiyə hakimiyyət orqanlarına əli çatan vaxtı idi. Və Kamal müəllim  sizi quyunun dibindən, daha doğrusu, Türkiyə polisinin əlindən ala bildi. Və otelə basqın söhbəti bitdi. 

 

Amma  bu sizə dərs olmadı.  NUH.az-a daxil olan məlumata görə, eyni olay yenidən başqa dövlətdə baş verib. 

Bu barədə növbəti yazıda. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib